Infoteka.az
İqtisadiyyat

2030-cu ilə qədər bərpa olunan enerji potensialı üç dəfə artmazsa...

COP-28 rəhbərliyi “Biz 2030-cu ilə qədər bərpa olunan enerji potensialını üç dəfə artırmalıyıq” deyə bildirdi.

2023-cü il İqlim Konfransının (COP-28) rəhbərliyi və iki bərpa olunan enerji təşkilatı hökumətləri 2030-cu ilə qədər bərpa olunan enerji imkanlarını üç dəfə artırmağa çağırıb. Bu hədəf qlobal istiləşmənin selsi üzrə 1,5 dərəcəni keçməsinin qarşısını almaq səylərindən biri kimi qiymətləndirilir.

Noyabrın sonunda Dubayda keçiriləcək qlobal iqlim danışıqlarında 1,5 dərəcə selsi həddini təyin edən 2015-ci il Paris Sazişinin icrasındakı çatışmazlıqlar müzakirə ediləcək.

Birləşmiş Ərəb Əmirlikləri, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (İRENA) və Qlobal Bərpa Olunan Enerji Alyansının sədrlik etdiyi COP-28 birgə hesabatında bərpa olunan enerjinin gücü 2030-cu ilə qədər 11,000 gigavattdan (GW) çox olmalıdır.

Dünyanın əksər böyük iqtisadiyyatları bu məqsədi dəstəkləyir. Çin, ABŞ və Hindistan da daxil olmaqla, G-20 qrupu 2023-cü ilin sentyabr ayında keçirilən iclaslarında 2030-cu ilə qədər qlobal bərpa olunan enerji potensialının üç dəfə artması barədə razılığa gəliblər.

Alimlər bildirirlər ki, karbon qazı emissiyalarını azaltmaq üçün sürətli addımlar atılmazsa, on il ərzində getdikcə Yer kürəsi 1,5 dərəcə selsi həddini keçəcək və bu da insanlar, canlılar və ekosistemlər üçün daha ciddi iqlim dəyişikliyinə səbəb olacaq.

Infoteka.az