Infoteka.az
Dünya

Britaniya kralı və kraliçası nə üçün ayrı otaqlarda yatır?

Britaniya kralı III Karl və xanımı, kraliça Kamillanın ayrı-ayrı yataq otaqlarında gecələdiyi məlum olub.

Onların ayrı yatmasına səbəb kralın bel ağrılarıdır. O hətta səfərlərə də öz şəxsi yastığı ilə gedir.

“Kral bəzən alt paltarında gimnastika əməliyyatları edir, o başı üstə ayaqları yuxa dayanır. Bunu edərkən akrobatlardan seçilmir. Həkimin məsləhət etdiyi bu fiziki hərəkətlər boyun və belində yaranmış ağrıları aradan qaldırmaq üçün yaxşı vasitədir”, - şahzadə Harri müsahibələrinin birində bildirib.

O, atasının bu travmanın səbəbini polo oynayarkən atdan yıxılması ilə izah edib.

Infoteka.az