Dünya tarixinin әn qanlı müharibәlәrindәn birinin böyük dostluqların qurulmasına sәbәb olduğunu bilirsinizmi?
Birinci Dünya Müharibəsinin ən mühüm cəbhələrindən biri olan Çanaqqala cəbhəsi tarixin ən qanlı döyüşlərinin getdiyi, kvadrat metrə altı min güllənin düşdüyü, ümumilikdə 500 min insanın həlak olduğu bir döyüş meydanı idi. Çanaqqala ərazisində bir-birini tanımayan ölkələrin əsgərləri birlikdə dəfn edilib.
Müttəfiq qüvvələr arasında Britaniya ordusunun sıralarında döyüşmək üçün uzaq ölkələrdən gələn avstraliyalı və yeni zelandiyalı (Anzak) əsgərlər də var idi. Anzak və türk əsgərləri təkcə döyüş meydanında bir-biri ilə vuruşmayıblar. Savaşmadıqları zaman bir-birlərinə hörmət edərək insani münasibətlər və dostluq münasibətlərini inkişaf etdirdilər. Cəbhədə paltarlarını yuyub asmaq üçün səngərlərindən çıxan əsgərlər bir-birlərinə atəş açmağı düşünmürdülər. Səngərlərdən bir-birinə siqaret, şokolad, kişmiş, əncir qurusu, suvenirlər göndərirdilər.
Müharibə bitdikdən sonra Anzak ordusunun komandanı general Qodli Osmanlı qüvvələrinin Anzak məzarlarına hörmətlə yanaşmasını xahiş edən bir mesaj döndərib. Əslində belə bir çağırışa ehtiyac da yox idi. Çünki türklər müharibədə həlak olan bütün əsgərlərə öz övladları kimi baxırdılar. Anzak əsgərlərinin quruya çıxdığı bölgə həyatını itirən əsgərlərin şərəfinə “Anzak Koyu” adlandırılıb.
“Yurdda sülh, dünyada sülh” şüarını səsəndirən Mustafa Kamal Atatürkün 1934-cü ildə Anzak əsgərlərinin anım mərasimi ilə bağlı yayımladığı mesajda deyilir:
“Bu vətən torpağında qan tökən qəhrəmanlar! Burada dost vətənin torpağındasınız. Hüzur içində yatın. Siz və Mehmetciklər yan-yana yatırsınız. Övladlarını uzaq diyarlardan göndərən analar! Göz yaşlarınızı silin. Övladlarınız bizim bağrımızdadır, hüzur içində yatacaqlar. Onlar artıq bizim də övladımızdır''.
Hər il tarixin ən qanlı müharibələrindən birinin yaşandığı Geliboluda təşkil edilən anım mərasimlərində yüzlərlə türk, avstraliyalı və yeni zelandiyalı bir araya gəlәrәk burada həyatını itirənlər üçün dua edirlәr.