Infoteka.az
Dünya

İsveç Ukraynaya 8 “Archer” artilleriya qurğusu göndərib

İsveçin 8 “Archer” özüyeriyən artilleriya qurğusu (SPQ) Ukraynaya çatdırılıb.

Bu barədə İsveçin müdafiə naziri Pol Yonson "Sveriges" radiostansiyasına müsahibəsində bildirib.

"Bu, əlbəttə ki, ukraynalılar üçün vacibdir, çünki “Archer” sisteminin mobilliyi və dəqiqliyi yaxşıdır", - deyə isveçli nazir bildirib.

Xatırladaq ki, avqustun ortalarında İsveç hökuməti Ukraynaya 314 milyon dollar məbləğində növbəti hərbi yardım paketinin ayrıldığını elan edib.

2022-ci ilin fevral ayından İsveç Ukraynaya dəstək üçün 2,16 milyard dollar ayırıb ki, onun da 1,67 milyard dolları hərbi yardımdır.

Infoteka.az