Infoteka.az
Dünya

Berlində Fələstinə dəstək nümayişində 60-a yaxın şəxs saxlanılıb

Berlin polisi şənbə günü Almaniya paytaxtının mərkəzində Fələstini dəstəkləyən nümayiş zamanı 59 nəfəri saxlayıb.

Bu barədə “Bild am Sonntag” qəzeti yazır.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişin qaydalarını pozduqlarına, o cümlədən antisemit xarakterli plakatlar qaldırdıqlarına görə fəalları saxlayıblar və onlardan bir neçəsi üsyana və nifrətin qızışdırılmasına səbəb olmaqda şübhəli bilinib.

Polisin hesablamalarına görə, şənbə günü keçirilən etiraz aksiyasında 8 min 500-ə yaxın insan iştirak edib.

Onlar əllərində Fələstin bayraqları, Fələstini dəstəkləyən ənənəvi yazılar olan plakatlar və bannerlər tutublar.

Infoteka.az