Infoteka.az
İdman

Azərbaycan boksçuları Minskdə 10 medal qazanıblar

Azərbaycan boksçuları Belarusun paytaxtı Minskdə Vladimir Botvinnikin xatirəsinə həsr olunan yeniyetmələr arasında beynəlxalq turnirdə 10 medal qazanıblar.

Milli üvləri 1 qızıl, 9 bürünc medal əldə ediblər.

Komandanın heyətində Nurlan Abışov (57 kq) turnirin qalibi olub. O, finalda yerli Qleb Bondakı məğlub edib. Digər boksçular Əli Məmmədov (46 kq), Məhəmmədəli Məmmədli (50 kq), Bağır Əmirxanlı (52 kq), Sübhan Babayev (54 kq), Turqay Rəhimli (60 kq), Kənan Aslanlı (63 kq), Rza Rzayev (70 kq), Əli Məmişov (80 kq) və Məhəmməd Cəfərov (+80 kq) isə 3-cü yeri tutublar.

Qeyd edək ki, beynəlxalq turnirdə 7 ölkədən 142 idmançı mübarizə aparıb.

Infoteka.az