İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani Vaşinqtonun Qəzza zolağında müharibəyə son qoymadığı və atəşkəsə nail olmadığı təqdirdə, ABŞ-nı “ağır zərbə” ilə hədələyib.
“Amerikalılara tövsiyəmiz odur ki, İsrail və Fələstin arasındakı müharibəni dərhal dayandırsınlar və həmçinin atəşkəsi təmin etsinlər. Əks halda siz ağır zərbə alacaqsınız”, - general bildirib.
O, ABŞ-nı HƏMAS-ın İsrailə qarşı müharibəsinə birbaşa müdaxilə etməkdə ittiham edib.