Moskvanın mərkəzindəki restoranda silahlı insident baş verib.
Bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.
“İlkin məlumata görə, Şlyuzovaya sahilindəki restoranın yaxınlığında hücum törədən 37 yaşlı şəxs münaqişə zamanı travmatik silahdan rəqiblərinə bir neçə dəfə atəş açıb, nəticədə 4 nəfər bədən xəsarətləri alıb. Zərərçəkənlər müxtəlif dərəcəli bədən xəsarətləri, o cümlədən güllə yarası ilə xəstəxanaya yerləşdiriliblər”, - mətbuat xidməti bildirib.
Hadisə