Infoteka.az
Hərbi

Sabah Xankəndidə Zəfər paradı keçiriləcək

Sabah, noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərində parad keçiriləcək.

Artıq Zəfər paradına hazırlıq işləri başa çatmaq üzrədir.

Paradda Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, xüsusi təyinatlı və digər silahlı birləşmələrin keçidi olacaq.

Həmçinin, düşməndən qənimət kimi götürülən hərbi texnikalar nümayiş etdiriləcək.

Qeyd edək ki, 1991-ci il dekabrın 28-də Azərbaycanın Xankəndi şəhəri və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik olan Kərkicahan qəsəbəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Bu il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu Xankəndi şəhərini və Kərkicahan qəsəbəsini separatçılardan azad edib. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Infoteka.az