ABŞ Prezidenti Co Bayden və Çin sədri Si Cinpin noyabrın 15-də San-Fransiskoda (ABŞ, Kaliforniya) Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində ikitərəfli danışıqlar aparmağı planlaşdırırlar.
Bu barədə Kyodo agentliyi amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, görüşə hazırlıq son mərhələdədir. Pekin hələ ki, Si Cinpinin sammitdə iştirakını rəsmən təsdiqləməyib.