Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) Şimali İraqda reyd keçirərək Kürdüstan Fəhlə Partiyasının (PKK) 12 silahlı hədəfini məhv edib.
Bu barədə Respublika Müdafiə Nazirliyi “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) məlumat yayıb.
“Türkiyə Hərbi Hava Qüvvələri BMT Nizamnaməsinin özünümüdafiə hüququ ilə bağlı 5-ci maddəsini rəhbər tutaraq, noyabrın 7-də İraqın şimalında Qara və Qəndildə hava əməliyyatı keçirib. Bölgələrdə terror təşkilatının 12 hədəfi vurulub”, - bəyanatda deyilir.
Qeyd edilir ki, PKK rəhbərliyinin nümayəndələri də daxil olmaqla, xeyli sayda yaraqlı məhv edilib.