Infoteka.az
Sosial

Azad edilən “Canavar” yüksəkliyi, şəhadətdən öncə çəkilən şəkil: Vətən müharibəsinin qəhrəmanları

Azərbaycan xalqının tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük Vətən müharibəsindən üç il keçir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. 44 gün davam edən müharibədə noyabrın 9-na qədər beş şəhəri, dörd qəsəbəni və 286 kəndi düşmən işğalından azad edib.

Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndləri, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun doqquz kəndi, Şuşa şəhəri, Laçın rayonunun üç kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha beş adsız yüksəklik azad olunub.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə Bəyanat imzalayıblar. Bəyanata əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları hərbi-siyasi yolla Azərbaycana qaytarılıb.

Azərbaycan Ordusunun mayoru, 1988-ci il təvəllüdlü Səhman Fəxrəddin oğlu Cəfərzadə Murovdağ və Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edib:

Infoteka.az