Infoteka.az
İdman

Tovuzda dörd qol vuruldu, qalib müəyyənləşmədi - VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasının X turunda daha bir oyun keçirilib.

İnfoteka.az xəbər verir ki, “Turan Tovuz” evdə “Səbail”lə qarşılaşıb. Tovuz şəhər stadionundakı qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

İlk qolu 9-cu dəqiqədə meydan sahibləri vurublar. Komandanın ən sərrast futbolçusu Runi Eva penaltini dəqiq yerinə yetirib. 3 dəqiqə sonra Franko Mazurek baxımlı qolla hesabı bərabərləşdirib. 32-ci dəqiqədə Henri Okebuqvu Tovuz təmsilçisini yenidən önə keçirib. Görüşdə son nöqtəni isə 54-cü dəqiqədə qonaqlardan Ağabala Ramazanov qoyub.

Bu nəticədən sonra xallarını 12-yə çatdıran “Turan Tovuz” 6-cı pillədəki mövqeyini qoruyub. 9 xalı olan “Səbail” isə 7-cidir.

Infoteka.az