Uzun müddətdir musiqi dünyasından uzaq düşən Rusiyanın Xalq artisti Alla Puqaçova yenidən səhnəyə qayıdır.
74 yaşlı sənətçi "Yeni il" şənliklərində səhnəyə çıxıcaq.
Allanın musiqi prodüserləri bunun üçün artıq işlərə başlayıb. Estrada ulduzu 500 min dollarlıq (təxminən 850 min manat) rekord qonorar qarşılığında nəğmələr ifa edəcək. Alla bayram günlərində Kipr və Dubayda çıxış edəcək.
İddialara görə, Puqaçovanın Moskvada da səhnə ala biləcəyi vurğulanıb. Belə ki, təşkilatçılar müğənninin çıxışlarını gizli şəkildə, yəni mediadan uzaq və telefonla çəkiliş olmadan təşkil etməyi planlaşdırır.
Qeyd edək ki, Ukraynada Rusiya hərbi xüsusi əməliyyatı başlayandan sonra Alla Puqaçova və Maksim Qalkin övladları ilə birlikdə İsrailə köçüblər. Ailənin bu addımı isə Rusiyada tənqidlə qarşılanıb.
İsrail və Fələstin arasında münaqişə pik həddə çatdıqda isə cütlük əvvəlcə İsraili dəstəkləyib, lakin təhlükəsizliklərini qorumaq məqsədi ilə ölkəni tərk ediblər. Puqaçova və uşaqları Kiprə uçub. Maksim Qalkin isə həmin vaxt qastrol səfərinə yollanıb.