Bu gün Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı keçiriləcək.
Sammitdə Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Türkiyə liderlərinin iştirakı gözlənilir.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında iştirak etmək üçün noyabrın 8-də Özbəkistana səfərə gedib.
Qeyd edək ki, tədbirin keçirilməsi barədə razılıq İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin XİN başçıları Şurasının oktyabrın 10-da Şuşa şəhərində keçirilmiş 27-ci iclasında əldə olunub.