Infoteka.az
Sosial

İstanbulun rəmzlərindən biri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

İstanbulda şəhərin rəmzlərindən biri sayılan Fateh Sultan Mehmet körpüsü İkinci Qarabağ müharibəsində Zəfərin ildönümü, eləcə də Bayraq Günü münasibətilə Azərbaycan bayrağı rənglərində işıqlandırılıb.

Körpünün axşam saatlarında mavi, qırmızı və yaşıl rəngli işıqlarla bərq vurduğu bildirilib.

Qeyd edək ki, Fateh Sultan Mehmet körpüsü Bosfor körfəzi üzərindən keçən ikinci asma körpüdür. O, İstanbulun Avropa və Asiya hissələrini birləşdirir. Körpünün uzunluğu 1510 metr, eni 39 m, dayaqların hündürlüyü sudan 165 m-dir. Yolun hərəkət hissəsindən suyun səthinə qədər məsafə isə 64 metrə barəbərdir.

Infoteka.az