İstirahət üçün bölgələrə üz tutanların artması səbəbindən hotellərdə sıxlıq yaşanır.
Lənkərana üz tutan turistlər yerləri öncədən bron ediblər. Bayram günlərində orada fəaliyyət göstərən istirahət mərkəzlərində bir nəfər üçün günlük qiymət 70 manatdan 100 manata qədər dəyişir.
Şəkidə də otellərdə yerlərin 70 faizdən çoxu əvvəlcədən tutulub. Ancaq qiymətlər artmayıb. Fərdi evlərə gəlincə isə qiymətlər 150 manatdan 500 manatadək dəyişir.
Şimal bölgəsinə də üz tutanların sayı kifayət qədərdir. Bayramla bağlı Qubaya gedən çox olsa da, qiymət artımı yoxdur.
Rieltorların sözlərinə görə, qənaət üçün turistlərə bir neçə ailənin birləşib tuta biləcəyi evlər də təklif edilir.