Infoteka.az
Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin milli dövlətçilik arzularının davamçısı oldu

Azərbaycan xalqının taleyindən keçən tarixi xətt- Heydər Əliyev dühası ilə birbaşa bağlı olan yeni Azərbaycan intibahının başlanması Ulu Öndərin siyasi və mənəvi davamçısı olan Ali Baş Komandan İlham Əliyevlə uğurla davam etdi.

Yenə də yalnız Heydər Əliyev!

Cənab İlham Əliyevin hakimiyyətə gəlişi ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsnalığına yeni çalar və daha da sürətli axın verdi. Bu əslində, xalqımızın tarixi taleyində əsas və önəmli manevrlərlə dirçəliş və inkişaf modelləri yaradan Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətən getməsi deyil, yeni mahiyyətdə tarixi mövqeyini saxlaması, Azərbaycanın xilasının başlanğıcı, xalqın özünə qayıdış tarixinin başlanğıcı idi.

Və 27 sentyabr. Müzəffər Sərkərdəmiz Ali Baş Komandan İlham Əliyev Azərbaycan və Ermənistan arasında rəsmən müharibə başlandığını elan edir. Bu, 30 illik səbrin bitdiyi an, Qarabağla aramızda yaranan sədləri aşmaq ehtirası, bütün maneələri dağıtmaq hiddəti idi. Beləcə Azərbaycan xalqının Qarabağ uğrunda başladığı azadlıq savaşı Payız günəşinə hərarət verdi. Hər gün daha günəşli, hər gün qələbə müjdəli Zəfər Payızı başlandı. Beləcə 27 sentyabrdan 8 noyabra qədər olan tarixi günlər yaddaşımıza zəfər müjdəsi və Şəhidlərimiz üçün axıtdığımız göz yaşları ilə yazıldı.             30 ildən sonra düşməni lərzəyə salan dəmir yumruq bizi birləşdirərək necə mətin iradəyə, gücə və dönməz əqidəyə malik bir xalq olduğumuzu bütün dünyaya göstərdi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın tarix yazan Müzəffər Ordusu itirilmiş sərhədlərimizi bərpa etdiyi, işğal altında olan torpaqlarımızı geri aldığı üçün tarixi salnamə yazdı. Azərbaycan mədəniyyətində bir inci sayılan, mədəniyyətmizin beşiyi qədim Şuşanın alınması və daha 71 kəndin, 2 qəsəbənin və 8 strateji yüksəkliyin azad edilməsindən sonra Ermənistan məcbur olaraq məlum üçtərəfli bəyanatı imzaladı.

Ümummilli Lider illər öncə böyük uzaqgörənliklə deyirdi: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır”.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin milli dövlətçilik arzularının davamçısı oldu... Heydər Əliyevin xalqın taleyilə bütünləşmiş ömrünün kuliminasiya anı «Mən Ona özüm qədər inanıram». -cümsindən ibarət idi. Bir övlad üçün ata inamından, ümidindən dəyərli nə ola bilər?! Ulu Öndərin arzuları reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Biz doğma Qarabağımıza qovuşmuşuq. Bu Zəfərə gedən yolun əsasında Azərbaycanın böyük oğlu, dünya şöhrətli siyasi xadim, dahi Heydər Əliyevin ölməz ideyaları dayanır.

 

Südabə Abdullayeva

Suraxanı rayonu 279 nömrəli tam orta məktəbin direktoru

Infoteka.az