"Bu,tarixi hadisədir. Biz sentyabrda separatizmlə bağlı çoxillik məsələyə son qoyduq".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Daşkənddə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə görüşündə deyib.
O, Azərbaycanın suverenliyinin bərpası ilə əlaqədar təbrikə görə Özbəkistan Prezidentinə minnətdarlığını ifadə edib.
"Bu gün Azərbaycanın ərazisində Azərbaycan bayrağının dalğalanmadığı heç bir guşə yoxdur".- deyə dövlət başçısı qeyd edib.