“Xankəndidə keçirilən hərbi parad türk dünyasının böyük sevincinə səbəb olub”.
Bunu Türkiyənin “Türkiye” qəzeti yazıb.
Qeyd olunub ki, Xankəndi və Laçında keçirilən mərasimlər bir çox cəhətdən önəmlidir: “Əvvəla, Azərbaycan Ordusu regionda çox ciddi gücə çevrilib. Azərbaycan Ordusunun - İkinci Türk Ordusunun bütün şöhrəti ilə ayağa qalxdığını deyə bilərik. Əslində, hər şey öz mənşəyinə qayıdır, çünki o qan eyni qandır! Dünya mənfiyə kökləndikcə, hətta “Turan Ordusu” da yarana bilər. Hər şey xəyalla başlamırmı?”
Məqalədə vurğulanıb ki, Azərbaycan öz problemlərini həll etməklə yanaşı, gələcəyə də hazırlaşır: “Zəngəzur dəhlizinin açılması ilə türk dünyası quru yolla bir-birinə bağlanacaq. Tarixi İpək Yolu yenidən oyanacaq. Azərbaycan həlledici nöqtədədir. Azərbaycan Ordusu düşməndə qorxu, dostlarda inam yaratmaq üçün hər an ayıq-sayıq olacaq. 8 Noyabr Qələbə Bayramınız mübarək, ey şanlı ordu”.