Infoteka.az
Dünya

ABŞ-da gələn il neft hasilatının artım tempi sürətlənəcək

ABŞ Energetika Nazirliyi cari il üçün ölkədə orta neft hasilatı proqnozunu bir qədər aşağı salıb, 2024-cü il üçün isə artırıb.

Energetika Nazirliyi cari il üçün ölkədə gündəlik neft hasilatı üzrə proqnozu 20 min barel azaldaraq, 12,9 mln. barelə endirib, 2024-cü il üçün isə 30 min barel artıraraq 13,15 mln. barelə yüksəldib.

Məlumata görə, ötən il ABŞ-da gündəlik neft hasilatı 11,91 mln. barel səviyyəsində olub.

Infoteka.az