“Mobil Babayev yeni simfoniya bəstələmişdi, lakin onu axıra çatdıra bilmədi, vaxtı çatmadı”.
Bunu Azərbaycanın Xalq artisti, müğənni Mübariz Tağıyev jurnalistlərə açıqlamasında bildirib.
“Üç gün öncə xəstəxanaya Mobilin yanına getmişdim, təəssüf ki, məni tanımadı. Sonra evə aparıldığını eşitdim, vəziyyətinin yaxşı olduğunu düşünüb sevindim. Mobili uzun illərdir ki, tanıyırdırm. Bizi sənət bağlayır. Onun vəfatı Azərbaycan incəsənətinə böyük itki oldu”, - o vurğulayıb.
Müğənni deyib ki, Mobil Babayev Azərbaycan incəsənətində böyük izi var və buna görə də onun xatirəsi daim yaşayacaq.
Qeyd edək ki, Bəstəkar, əməkdar incəsənət xadimi Mobil Babayev vəfat edib. Bu barədə açıqlamasında onun bacısı Nüşabə Babayeva-Vəkilova deyib. Bəstəkar dünən gecə dünyasını dəyişib