Azərbaycan Premyer Liqasının X turunda keçiriləcək "Kəpəz" - "Neftçi" oyununda topa ilk zərbəni Vətən müharibəsi vaxtı ermənilərin Gəncəyə raket hücumu nəticəsində hər iki valideynini itirmiş Hüseyn Əliyev endirəcək.
İnfoteka.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının texniki idman direktoru Elgiz Abbasov özünün feysbuk səhifəsində paylaşım edib.
Qeyd edək ki, Gəncə şəhər stadionunda keçiriləcək Azərbaycan derbisi bu gün saat 15:00-da başlayacaq.