Infoteka.az
Dünya

Fransanın hərbi texnikası Ermənistana doğru hərəkət edir - FOTO

Ermənistan Silahlı Qüvvələri üçün nəzərdə tutulan “Acmat” şirkətinin istehsalı olan “Bastion” çoxməqsədli zirehli texnikası digər silahlarla yanaşı bu gecə Gürcüstanın Poti limanına yola salınıb. 

“Bastion” üçün komponentlər də göndərilib. Onun tədarükçüsü Fransanın “ARQUUS” şirkətidir.

Qeyd edək ki, Gürcüstan uzun müddət Fransa silahlarının Ermənistana tranzitindən imtina edib. Amma indi, görünür, rəsmi Tbilisi buna icazə verib.

Fransanın hərbi texnikası Ermənistana doğru hərəkət edir - FOTO
Infoteka.az