Infoteka.az
Siyasət

Hikmət Hacıyev Baydenin köməkçisi və Ermənistan TŞ-ın katibi ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Birləşmiş Ştatlar Prezidenti Cozef Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və Ermənistanın Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryanla görüşüb.

İnfoteka.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri bildirib.

“Bu gün mən Hikmət Hacıyev və Armen Qriqoryanı birbaşa və konstruktiv danışıqlar üçün qəbul etdim. Biz növbəti zorakılığın qarşısının alınmasının və vaxt məhdudiyyətli və məqsədyönlü danışıqların aparılmasının vacibliyini müzakirə etdik. Biz həmçinin sabit və davamlı sülhə dəstək olaraq irəliyə doğru konkret addımlar da müəyyən etmişik”, - Ceyk Sallivan qeyd edib.

Infoteka.az