Infoteka.az
İqtisadiyyat

2024-cü ildə iqtisadiyyatımız nə qədər inkişaf edəcək?

“Ölkəmizdə iqtisadi artımın 2024-cü ildə 3,3 faiz, 2025-ci ildə isə 3,2 faiz olacağı proqnozlaşdırılır”.

Bu fikirləri Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov Milli Məclisin plenar iclasında səsləndirib.

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı çıxış edən Taleh Kazımov bildirib ki, qeyri-neft-qaz sektoru üzrə ÜDM 2024-cü ildə 5,4 faiz, 2025-ci ildə isə 5,1 faiz artacaq:

“Oktyabrın sonuna olan göstəricilərə görə, Mərkəzi Bankın valyuta ehtiyatı 66 milyard dollar olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz artım deməkdir. Eyni zamanda, bu il ərzaq inflyasiyası 4,5 %, qeyri-ərzaq inflyasiyası 5,9 % olub”.

Qeyd edək ki, Milli Məclisin plenar iclasında 2024-cü ilin dövlət büdcəsi ilə bağlı qanun layihələri müzakirə olunur.

İclasda hökumət üzvləri, o cümlədən Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digərləri iştirak edirlər.

Infoteka.az