Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində İsveçlə keçirəcəyi oyunu qadın hakim idarə edəcək.
UEFA Bakıda reallaşacaq görüşü isveçrəli Ester Staubliyə həvalə edib.
Onun köməkçiləri Yonas Erni və Susanne Künq olacaqlar. Dördüncü hakim funksiyasını Mirel Turkes yerinə yetirəcək. Lukas Fandrix VAR, Lionel Tsçudi isə AVAR olacaqlar.
Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - İsveç oyununu saat 21:00-da başlayacaq.