Infoteka.az
Siyasət

Azərbaycan bu gün xalqın maraqlarına, milli dövlətçiliyin mənafelərinə uyğun şəkildə idarə olunur.

Azərbaycanın sürətli inkişafı və əldə edilmiş mühüm tarixi nailiyyətlər cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hayata keçirilən siyasi və iqtisadi kursun qanunauyğun nəticəsidir. Dövlət başçısının qeyd etdiyi kimi: “Düşünülmüş siyasət, siyasi və iqtisadi islahatlar, xalqla iqtidar arasında birlik, xalq tərəfindən ölkədə aparılan iqtisadi islahatlara dəstəyin verilməsi, liberal iqtisadiyyat, eyni zamanda güclü hakimiyyət, sabitlik- bizim uğurlarımızı şərtləndirən əsas amillərdir”.

Eyni zamanda mütəmadi surətdə həyata keçirilən islahatlar mövcud inkişafı sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivlərini də müəyyənləşdirir.

İnsana qayğı, vətəndaşların maddi-mənəvi təlabatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması cənab Prezident İlham Əliyevin apardığı müstəqil daxili siyasətin mühüm prinsiplərindəndir. Bu siyasətin başlıca məqsədi sosialyönümlü dövlət quruculuğunu təmin etməkdir. Hazırda bu istiqamətdə böyük uğurlar əldə edilir.

Azərbaycan Prezidenti hər zaman öz çıxışlarında sosial siyasəti dövlət siyasətinin biri kimi dəyərləndirərək vurğulayır ki, layiqli sosial siyasət gələcəkdə də Azərbaycan hökuməti üçün prioritet olaraq qalacaqdır.

Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Cənab Prezident İlham Əliyev biz gənclərə göstərdiyi diqqət, qayğı və etimad  onu təsdiqləyir ki, Azərbaycan gəncləri dövlət quruculuğunun, iqtisadiyyatın bütün  sahələrində ön sıralarında adıımlayırlar.

Bu gün dünyanın bütün qütblərində, bütün ölkə və beynəlxalq təşkilkatlarda mütərəqqi insanların hamısı etiraf edir ki, gənc müstəqil Azərbaycan Respublikası bəzi dövlətlərin  iki-üç əsrdə qazandığı uğur və nailiyyətlərə imza atmışdır. Həmin uğurların sırasında beynəlxalq aləmə inteqrasiya, cəmiyyətin daha da demokratikləşdirilməsi, əsas hüquq və azadlıqların qorunması və hərtərəfli islahatların aparılması kimi nailiyyətlər vardır. Ən başlıcası isə aparılan siyasətin xalqın maraq və mənafelərini təmin etməsidir.

Azərbaycan bu gün xalqın maraqlarına, milli dövlətçiliyin mənafelərinə uyğun şəkildə idarə olunur. Bu isə beynəlxalq aləmdə xalqın və dövlətin maraqlarını təmin edən idarəçilik nümunəsi kimi qəbul edilir.

 

Yunis Əsgərli

Suraxanı RİHB-nin Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini

Infoteka.az