Infoteka.az
İdman

Azərbaycanlı hakim Finlandiya millisinin oyununa təyinat alıb

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Təmsilçimiz AVRO-2024 seçmə mərhələsinin oyununda iştirak edəcək.

O, noyabrın 17-də keçiriləcək Finlandiya – Şimali İrlandiya qarşılaşmasının baş hakimi olacaq. Matç Finlandiyanın paytaxtı Helsinkidə baş tutacaq.

Helsinki Olimpiya Stadionundakı qarşılaşmada Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Elçin Məsiyev, AVAR hakimi isə Cavid Cəlilov olacaq.

Infoteka.az