"Bavariya"nın 37 yaşlı qapıçısı Manuel Noyer ailə həyatı qurub.
O, 23 yaşlı həndbolçu Anika Bissellə evlənib. Bu barədə "Bild" məlumat yayıb.
İdmançıların toyunun kütləvi tədbir olmadığı bildirilir.
Həndbolçu artıq sosial şəbəkədəki profilində də soyadını dəyişib. Anikanın Münhen klubunun qapıçısından uşaq gözlədiyi də vurğulanıb.
Xatırladaq ki, Noyerin Bissel ilə münasibətdə olması barədə məlumat hələ 2020-ci ildə ortaya çıxmışdı.