Infoteka.az
Dünya

Məşhur modelyer villasını görün neçəyə satır?

Dünyaca məşhur modelyer Tommy Hilfiger evini milyonlarla dollar endirimlə satacaq.

O, Floridadakı evini 35,9 milyon dollara satışa çıxarıb.

Modelyer ilk dəfə 2022-ci ilin sentyabrında evini 39,7 milyon dollara satışa çıxarmaq istəyib. Lakin villaya alıcı tapılmayıb.

Qeyd edək ki, modelyer villanı 2021-ci ilin iyununda 21 milyon dollara alıb. Yaşayış sahəsi təxminən 464,5 kvadratmetrdir, üç yataq otağı, iki qonaq otağı, yemək otağı və mətbəx var. Villanın həyəti, yay mətbəxi və hovuzu var.

Infoteka.az