Missiya tamamlanmayana qədər İsrail dövləti Qəzzada əməliyyatları dayandırmayacaq.
Bu barədə İsrailin müdafiə naziri Yoav Gallant ABŞ-ın Yaxın Şərq üzrə xüsusi koordinatoru Brett McGurk ilə görüşündə deyib.
"İsrail dövləti qoşunlarımız öz missiyalarını yerinə yetirənə qədər - HAMAS-ı məhv edənə və girovlarımızı ailələrinə qaytarana qədər Qəzzada əməliyyatlarını dayandırmayacaq", - Gallant deyib.