Moldova gələn il 8 fevraldan etibarən MDB Parlamentlərarası Assambleyasının (MDB PA) üzvü olmayacaq.
Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Bişkekə səfəri çərçivəsində jurnalistlərə bildirib.
Matvienkonun sözlərinə əsasən, bu, MDB PA-nın fəaliyyətinə heç bir ziyan vurmayacaq, PA işini davam etdirir:
"Bu, əlbəttə ki, Moldova üçün böyük itkidir", - Şura sədri vurğulayıb.