Çinin Xarici İşlər Nazirliyi və Ukraynadakı səfirliyi hazırda bu ölkədə olan bütün vətəndaşlarını dərhal oranı tərk etməyə çağırıb.
İnfoteka.az "Ölkə.az"-a istinadən xəbər verir ki, bu barədə Çinin “Global Times” nəşri tviter hesabında məlumat yayıb.
Nazirlik müraciətini “ciddi təhlükəsizlik vəziyyəti” ilə əsaslandırıb. Diplomatik nümayəndəliklərin əməkdaşlarının evakuasiyaya köməklik göstərəcəkləri söz verilib. Xarici İşlər Nazirliyi vurğulayıb ki, Çin Xalq Respublikasının Ukrayna səfirliyi hakimiyyət orqanlarının təxliyə adlandırdığı hərəkətin təşkilinə köməklik göstərəcək.
Çin vətəndaşlarını ölkəni tərk etməkdə gecikməməyə çağırıb.