Infoteka.az
Sosial

Qış turizminə hazırıqmı

Azərbaycanda qış turizm mövsümünün açılmasına sayılı günlər qalıb. Adətən, ölkəmizdə qış turizmi dedikdə, Ağbulaq, Şahdağ və Tufandağ xatırlanır. İstər yerli, istərsə də əcnəbi turistlərin qış aylarında ən çox səfər etdiyi rayonlar Şahbuz, Qəbələ və Qusardır.

Bəs bu il vəziyyət necə olacaq? Qarabağ bu il bu siyahıda yer alacaqmı? Ümumiyyətlə, Azərbaycanın qış turizmi ilə bağlı hədəfləri nələrdir?

Hədəf daha çox turist cəlb etməkdir

Dövlət Turizm Agentliyindən “Kaspi” qəzetinə verilən məlumata görə, qurumun əsas hədəfi ölkəyə daha çox əcnəbi qonağın cəlb edilməsinə nail olmaq, hədəf bazarlarda müvafiq təbliğat işlərini artırmaq, ölkələrin coğrafiyasını genişləndirmək, eləcə də sənayenin fəaliyyətinə dəstək göstərmək, yeni turizm məhsullarının yaradılmasına nail olmaqdır:

“Ölkə üzrə hava şəraitindən asılı olaraq adətən dekabrın 15-dən etibarən qış mövsümünə start verilir. Xarici ölkələrdə təşkil edilən beynəlxalq sərgilərdə və tədbirlərdə il boyu ölkənin qış turizm imkanları və qış turizm məhsullarının, dağ-xizək mərkəzlərinin tanıtımı və təbliğatı həyata keçirilir. Yay turizm mövsümünün sonlarından etibarən ölkədə fəaliyyət göstərən qış turizm mərkəzlərində hazırlıq işlərinə başlanılır və turistlərin qəbulu üçün hazır vəziyyətə gətirilir. Bütövlükdə, qış mövsümündə də təbiət, mədəni, sağlamlıq, qastronomik və digər ənənəvi turizm istiqamətləri üzrə işlər davam etdirilir”. 

Infoteka.az