Azərbaycan Kubokunda I təsnifat mərhələsinin daha üç oyunu keçirilib.
“Cəbrayıl” “Ağdaş”ı (2:0), “Kür-Araz” “Sheki City”ni (2:1), “Baku Sportinq” isə “Kürmük Qax”ı (6:0) məğlub edib.
Beləliklə, “Cəbrayıl”, “Kür-Araz” və “Baku Sportinq” II təsnifat mərhələsinə vəsiqə əldə ediblər. Həmin raundda “Cəbrayıl” səfərdə MOİK-lə, “Kür-Araz” evdə “Araz-Naxçıvan”la qarşılaşacaq, “Baku Sportinq” isə “Kəpəz”in qonağı olacaq.
II raundun görüşləri 28-30 noyabr tarixlərində baş tutacaq.
Qeyd edək ki, I təsnifat mərhələsinə noyabrın 20-də keçiriləcək “Şəfa” - “Şəmkir” oyunu ilə yekun vurulacaq.