ABŞ İran xalqının dinc etirazlarını dəstəkləyir və nümayişçilərə qarşı güc tətbiq edilməsini pisləyir.
İnfoteka.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib.
“Biz İrandakı etirazçıları dəstəkləmək üçün bir sıra addımlar atırıq”- deyə, C.Sallivan bildirib.
Bundan əvvəl ABŞ Prezidenti Cozef Bayden bildirib ki, İranda etirazlar hələ uzun müddət davam edəcək.