ABŞ-ın “Corc Buş” nüvə təyyarədaşıyan gəmisinin “F/A-18E Super Hornet” qırıcı-bombardmançı təyyarələri Rumıniya səmasında təlim uçuşları həyata keçirib.
İnfoteka.az xəbər verir ki, uçuşlar NATO-nun “Neptun Strike” təlimləri çərçivəsində baş tutub. Bu təlimlərə Rumıniyada müvəqqəti yerləşdirilmiş Kanadanın “CF-18 Hornet”s qırıcıları da cəlb edilib.
Qeyd edək ki, Şərqi Aralıq dənizində yerləşən “Corc Buş” nüvə təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi Amerika aviadaşıyıcısının zərbə qrupu Balkanlar yaxınlığında fəaliyyət göstərir.
Mənbə: gazeta.ru