Infoteka.az
İqtisadiyyat

Mikayıl Cabbarov SPECA Rəhbər Şurasının 18-ci iclasında iştirak edib

“Bakıda SPECA Rəhbər Şurasının 18-ci iclasında üzv ölkələrin iqtisadi potensialının energetika, o cümlədən yaşıl enerji, nəqliyyat, rabitə və digər sahələrdə tərəfdaşlığı gücləndirmək perspektivlərini qeyd etdik, Orta Dəhlizlə bağlı layihələrdə fəal əməkdaşlığın əhəmiyyətini vurğuladıq”.

Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında paylaşıb.

O bildirib ki, iclasda mühüm nəqliyyat-logistika qovşağı olan Azərbaycanın regional inteqrasiyaya təkan verən təşəbbüsləri, əlverişli biznes və investisiya mühiti barədə məlumat verilib.

Infoteka.az