Infoteka.az
Sosial

İslam ölkələrinin nazirləri DOST Mərkəzində olublar

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransında iştirak edən İslam ölkələrinin nazirləri 5 saylı Bakı DOST Mərkəzində olublar.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirilib.

Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 7 DOST Mərkəzinin açıldığı, hazırda bu mərkəzlərin şəbəkəsinin genişləndirilməsi işlərinin davam etdirildiyi qeyd olunub.

Bildirilib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 159 sosial xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş məmnunluğuna uyğun təqdim olunmasına imkan verir.

DOST konsepsiyasının innovativ üstünlükləri və nailiyyətləri, bu konsepsiyanın dünyanın qabaqcıl təcrübələri sırasına daxil edildiyi və beynəlxalq uğurları diqqətə çatdırılıb.

Qonaqlar üçün DOST konsepsiyasına və sosial sahədə e-xidmətlərə dair təqdimatlar edilib.

Infoteka.az