Fransanın Nitsa şəhərində keçirilən “Uşaq Avroviziya - 2023” mahnı müsabiqəsi başa çatıb.
Yarışmanın qalibi “Coeur” (“Ürək”) mahnısı ilə 13 yaşlı fransız Zoe Klozyur olub.
İkinci yeri isə ispaniyalı Sandra Valero tutub.
Qeyd edək ki, Azərbaycan yarışmada iştirak etməyib.