Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
İnfoteka.az-ın report-a istinadən məlumatına görə, avtomobil yolu keçən 1975-ci il təvəllüdlü Vahabova Gülgəz Əligülşad qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sağ əlin birinci barmağının natamam amputasiyası və bədənin çoxsaylı əzilmiş-siyrilmiş yaraları diaqnozu qoyulub.
Əməliyyat nəticəsində qadının barmağı amputasiya olunub.
Hadisənin təfərrüatı araşdırılır.