Infoteka.az
Sosial

Suqovuşan-Kəlbəcər və Ağdərə-Ağdam yollarına 4,5 milyon manat ayrılıb

Prezident İlham Əliyev “Suqovuşan‒Kəlbəcər və Ağdərə‒Ağdam avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. 

Sərəncama əsasən, 33 kilometr uzunluğu olan Suqovuşan‒Kəlbəcər, 9 km uzunluğu olan Ağdərə‒Ağdam avtomobil yollarının yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 4,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Infoteka.az