Infoteka.az
Dünya

İsrail və HƏMAS arasında atəşkəs başa çatdı

İsrail və HƏMAS arasında atəşkəs cümə səhəri HƏMAS-ın İsrailin cənubuna raket hücumlarını bərpa etməsi ilə başa çatıb.

Bu barədə SAXAL-ın Mətbuat Xidməti məlumat yayıb.

“HƏMAS əməliyyat fasiləsini pozdu, həmçinin İsrail ərazisinə atəş açdı. SAXAL Qəzza zolağında HƏMAS terror təşkilatına qarşı döyüşləri bərpa etdi”, - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, hücumdan bir qədər əvvəl İsrail və HƏMAS radikal hərəkatı humanitar atəşkəsi səkkizinci gün uzatmağa razılaşmışdılar. Atəşkəs çərçivəsində HƏMAS-ın Qəzza zolağında saxladığı daha 10 girov azad ediləcəkdi.

Infoteka.az