Şuşada Türk dünyası ortaq mətbəxinin təqdimatı keçirilir.
Təqdimatda türkdilli ölkələrin milli mətbəx nümunələri sərgilənir.
Tədbirlə bağlı açıqlama verən Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova bildirib ki, bu tədbirin Şuşada keçirilməsi xüsusən əlamətdar hadisədir.
"Şuşa hamımız üçün qürur yeridir. Türk dövlətləri ilə qastronomiya sahəsində ortaq dəyərlərimiz çoxdur" - deyə o qeyd edib.