Dünyanın ən böyük aysberqi 30 ildən çox okeanın dibində ilişib qaldıqdan sonra hərəkətlənib. “A23a” adlanan bu nəhəng buz təbəqəsi 1986-cı ildə Antarktika sahil zolağında yaranıb, lakin demək olar ki, dərhal Ueddell dənizində əsaslı olaraq buz adasına çevrilib.
Onun ərazisi təxminən 4 min kvadrat kilometrdir ki, bu da Londondan iki dəfə böyükdür.
Keçən il aysberqin sürətlə sürükləndiyi müşahidə edilib və o, indi Antarktika sularından kənara doğru hərəkət edir. “A23a” əsl nəhəngdir və hamını heyran edən təkcə onun eni deyil. Bu buz plitəsinin qalınlığı təxminən 400 metrdir. Müqayisə üçün qeyd edək ki, Avropanın ən hündür göydələni olan London “Shard”ın hündürlüyü cəmi 310 metr təşkil edir.