Infoteka.az
İdman

Güləşçilərimiz 1 qızıl və gümüş medal qazandılar

Bakıda keçirilən hərbçilər arasında dünya çempionatının 3-cü günündə Azərbaycanın qadın güləşçilərdən ibarət millisi çıxışını başa vurub.

Bu gün daha iki idmançımız medal qazanıb.

Jalə Əliyeva (57kq) qızıl, Birgül Soltanova (62 kq) isə bürünc mükafata sahib olub.

Qeyd edək ki, yarışda ötən gün Ruzzana Məmmədova (49 kq) qızıl, Elnurə Məmmədova (52 kq) gümüş, Nərgiz Səmədova (50 kq) bürünc, Gültəkin Şirinova (53 kq) bürünc medala sahib olublar.

Infoteka.az