Hindistanlı şahmatçı Dommaraju Qukeş "Meltwater Champions Chess Tour" onlayn şahmat seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də tarixə düşüb.
İnfoteka.az-ın məlumatına görə, 16 yaşlı qrossmeyster norveçli Maqnus Karlseni dünya çempionu kimi məğlub edən ən gənc oyunçu adına sahib çıxıb.
Qukeş IX turda təcrübəli şahmatçıya qalib gəlib. O, 16 yaş 4 ay 20 günündə bunu bacarıb.
Əvvəlki rekord onun həmyerlisi Rameşbabu Praqqnanandhaya məxsus olub. Praqqnanandha 16 yaş 6 ay 10 günündə Karlseni büdrədib.
Qeyd edək ki, Dommaraju Qukeş XI turda Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarova da qalib gəlib.