Infoteka.az
Sosial

Xankəndinin mərkəzi meydanının Zəfər meydanı adlandırılması təklif edilib

Xankəndinin mərkəzi meydanının Zəfər meydanı adlandırılması təklif edilib.

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib ki, ciddi proseslər gedir, Azərbaycana qarşı ən yüksək səviyyədə təzyiqlər olsa da, Azərbaycan öz yolu ilə uğurla getməkdədir.

Deputat bildirib ki, atılmış hər bir addım Azərbaycan xalqının iradəsinə söykənir: “Keçmiş Dağlıq Qarabağ ərazisində ermənilər Azərbaycan toponimlərini əcaib adlarla dəyişib. Gələcəkdə Siyavuş Novruzovun rəhbəri olduğu bu komitə bu adları bərpa edəcək. Xankəndinin mərkəzində olan meydanın adının Zəfər meydanı adlandırılması əhəmiyyətli hadisə olardı. Həmin meydanda qəhrəman hərbiçilərimizin monumentinin nümayiş etdirilməsi yaxşı olardı”.

Infoteka.az