Infoteka.az
İdman

Azərbaycanın qadın futbolçulardan ibarət yığması Millətlər Liqasını qələbə ilə başa vurub

Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında sonuncu matçını keçirib.

Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Farer adalarını qəbul edib.

“Dalğa Arena”dakı qarşılaşma yığmamızın 1:0 hesablı qələbəsi ilə bitib. 69-cu dəqiqədə Nigar Mirzəliyeva fərqlənib.

Komandamız C Liqasının üçüncü qrupunu 16 xalla birinci pillədə başa vurub.

Qeyd edək ki, millimiz ötən turda liderliyi təmin edərək B Liqasına yüksəlib.

Infoteka.az